Yuxarı

Məktəbdə zəhərlənmə: şagirdlər xəstəxanaya yerləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbdə zəhərlənmə: şagirdlər xəstəxanaya yerləşdirildi

13:38

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.

Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".

Bildirilib ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.

***

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.

Bu barədə agentlikdən bildirilib.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə zəhərlənən şagirdlərin son durumu açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib: "6 nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".

Tarix
2023.04.06 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Ermənistana buğda və taxıl göndərildi

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

Ərdoğan Bakıdakı bu tədbirin iştirakçılarına məktub ünvanladı

Nizaminin abidəsinə qarşı hörmətsizlik... - Səfirlik

Paşinyandan Bakı və Ankara açıqlaması

Ermənistanda siyasi gərginlik təhlükəli mərhələyə daxil olub

Netanyahunun DNT nəticəsi açıqlandı: iranlı imiş - Foto

İlham Əliyev onlara müraciət ünvanladı

Zəngəzur dəhlizi mütləq inşa ediləcək - Prezident

Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla