Yuxarı

ADU və Çeçenistan Pedaqoji Universiteti saziş imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşları ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, elmi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmaqdadır.

Görüşün əhəmiyyətindən danışan rektor universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verib:

“İnanıram ki, qarşılıqlı elmi əməkdaşlıq istiqamətində zəruri tədbirlər həyata keçiriləcək. Bu əməkdaşlıq həm elmi, həm də təcrübə baxımından hər iki universitet üçün yeni perspektivlərə yol açacaq. Buna görə də sizi universitetimizdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olmağa dəvət edirəm”.

Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşları Tamara Avtaeva, Raisa Buralova səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, universitetlər arasında bir sıra layihələrin birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələrdə konkurslar, görüşlər, yeni elmi əməkdaşlıq platforması üçün əlverişli imkanların mümkünlüyü yer alıb.

Görüşdə multikulturalizm siyasətinin önəmindən danışılıb, qarşılıqlı şəkildə dil və mədəniyyət mərkəzlərinin açılması kimi təkliflər səsləndirilib.

Daha sonra ADU və Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında saziş imzalanıb.

Tarix
2023.04.06 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla