Yuxarı

Azərpaşa Nemətovun yerinə bu xanım gətirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərpaşa Nemətovun yerinə bu xanım gətirilir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - direktoru vəzifəsinə rejissor Mehriban Ələkbərzadə gətirilir.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin sözügedən vəzifəyə təyin olunması üçün əmr imzalayacaq.

Qeyd edək ki, Mehriban Ələkbərzadənin "Speys" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah", "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. O, bu televiziya kanalında dördseriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur.

Mehriban Ələkbərzadə AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017-2022-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru kimi fəaliyyət göstərib. 2022-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışır.

Xatırladaq ki, bu ilin aprel ayının 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru və direktoru Azərpaşa Nemətov 76 yaşında dünyasını dəyişib.

Tarix
2023.04.20 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla