Yuxarı

Abşeronda uşaqların müdafiəsi günü tədbiri - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda uşaqların müdafiəsi günü tədbiri - Foto

“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib.

Axar.az xəbər verir ki, Xırdalan şəhərində ümummilli lider Heydər Əliyev adına Parkda təşkil edilən bayram konsertində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qəhrəman oğullarımızın yadigar övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak ediblər.

Tədbir zamanı bildirilib ki, ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”- müdrik kəlamı ölkəmizdə uşaqlara olan məhəbbətin təzahürüdür.

Konsert proqramında Abşeron Rayon Mədəniyyət Mərkəzinin, rayonda fəaliyyət göstərən məktəb və bağçaların yetirmələrinin ifasında maraqlı rəqs və musiqi nömrələri nümayiş olunub.

Sonda Vətən Müharibəsi şəhidlərinin övladlarına bayram hədiyyələri təqdim edilib.

Qeyd edək ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rayonun Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə baş çəkilib, burada təlim-tərbiyə olunan uşaqlara bayram hədiyyələri təqdim edilərək təbrik edilib.

Tarix
2023.06.01 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla