Yuxarı

Razi Nurullayevə bir ay vaxt verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Razi Nurullayevin sədri olduğu Milli Cəbhə Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.

Axar.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Partiya Nazirliyə 5396 üzvün məlumatlarını təqdim edib. Onlardan 845 nəfərin məlumatları düzgün qeyd edilməyib.

90 nəfər başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilir. Məlumatda qeyd olunur ki, 210 nəfər partiya üzvü olmadığını deyib, 53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib. Beləliklə Nazirlik partiyanın 3504 üzvünü təsdiq edib.

Çatışmazlıqların aradan qaldırılması üçün partiyaya bir ay vaxt verilib.

Qeyd edək ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət, AXP də var. Qeydiyyatdan keçən yeganə partiya YAP-dır.

Tarix
2023.08.04 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov

Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər

Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

Bayramovla Lavrov danışdı: İsrail-İran qarşıdurması...

İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla