Yuxarı

Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa edildi

Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa edilib.

Axar.az xəbər verir ki, bu barədə Elçin Sadıqov özü bildirib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarına əsasən, Elçin Sadıqovun Vəkillər Kollegiyasından xaric edilməsi üçün VK tərəfindən məhkəməyə müraciət edilməsi barədə qərar ləğv edib və vəkillik fəaliyyəti bərpa olunub.

Vəkillər Kollegiyası Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması barədə bu il iyul ayının əvvəllərində açıqlama yaymışdı.

Açıqlamada qeyd olunub ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil Elçin Sadıqovun peşə fəaliyyətlərini həyata keçirərkən yol verdikləri intizam pozuntularında Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan, onlar barəsində Vəkillərin İntizam Komissiyasının müvafiq rəyləri nəzərə alınmaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əsasən, məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək fəaliyyətinin dayandırılması barədə qərarlar qəbul olunub.

Açıqlamada vurğulanırdı ki, Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin müvafiq müraciəti əsasında başlanıb və Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırma aparılıb. Komissiya vəkil Elçin Sadıqovun publik açıqlamasını və toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlinib ki, müraciətdə göstərilən xüsusatlarla əlaqədar onun tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyası Nizamnaməsinin müvafiq maddələrinin tələbləri pozulub.

Tarix
2023.09.01 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla