Yuxarı

Baytarlıq Xidmətindən təsərrüfat sahiblərinə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baytarlıq Xidmətindən təsərrüfat sahiblərinə xəbərdarlıq

Respublikada heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlərin səmərəliyini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Epizootik tədbirlər planı"na uyğun olaraq müalicə və profilaktiki, epizootik tədbirlərin aparılmasına start verilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Həsənov AzərTac- bildirib ki, bu günlərdə ölkə ərazisində iribuynuzlu, təkdırnaqlı heyvanlar arasında qarayara, itlər arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, həmçinin brusellyoz xəstəliyinə görə serioliji müayinələrin aparılması məqsədilə qanalma tədbirlərinə başlanılıb.

DBNX əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılması yolverilməzdir. Heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Tövsiyə olunur ki, heyvanların müalicə və profilaktiki, epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət edilsin, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Hazırda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti epizootik tədbirlər planına uyğun olaraq, yerli baytarlıq idarələrini xəstəliklərin profilaktikası üçün peyvənd vasitələri ilə təmin etməklə lazımi nəzarət tədbirləri həyata keçirir.

Tarix
2016.01.10 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla