Yuxarı

Türkiyədə ilk rəsmi Azərbaycan tədris ocağı açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə ilk rəsmi Azərbaycan tədris ocağı açıldı - Foto

Bu gün Türkiyədə ilk rəsmi Azərbaycan tədris ocağı - Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun adına təhsil kompleksi açılıb.

Axar.az xəbər verir ki, Azərbaycan ümumtəhsil proqramı əsasında fəaliyyət göstərəcək təhsil olcağı İstanbulda yaşayan azərbaycanlı uşaqlara təhsil verəcək.

Məktəblilər arasında ilk dəfə məktəb dəhlizlərinə ayaq basan, oxumaq və yazmaq bilməyən 15 yaşlı uşaqlar da var. Təhsil-tədris ocağı müvəqqəti olaraq Türkiyədə yerləsmiş azərbaycanlı ailələrin uşaqlarına bilik və savad verəcək.

Məktəbin direktoru Aygün Həsənoğlu bildirib ki, indiyədək dərnək nəzdində fəaliyyət göstərən Mübariz İbrahimov adına Azərbaycan məktəbi artıq rəsmi təhsil qurumu kimi fəaliyyət göstərəcək:

“Bu tədris ocağına 400-ə qədər şagird Azərbaycan dilində təhsil almaq üçün müraciət edib. Təkcə birinci sinfə 70-dən artıq uşaq yazılıb. Təhsil almaq istəyən ikinci sinif şagirdlərinin sayı 40-a çatıb. 15 yaşında olub oxuma-yazma bilməyən 4 şagird var ki, onlar da 1-ci sinifdən başlamalı olublar. 9-cu sinif şagirdlərinin sayı da hər gün artır”.

Direktor onu da qeyd edib ki, təhsil ocağında ümumilikdə 11 sinif var.

Qeyd edək ki, təhsil müəssisəsi "Palmali Holdinq"in dəstəyi ilə ərsəyə gəlib.

Tarix
2023.10.03 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla