Yuxarı

Mətbuat katiblərinin Türkiyəyə səfəri başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuat katiblərinin Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başa çatıb.

Axar.az xəbər verir ki, oktyabrın 14-də Azərbaycan nümayəndə heyəti tərəfindən Türkiyə Respublikasının Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İstanbul şöbəsində və “TRT World” telekanalında görüşlər keçirilib.

Görüşlər zamanı İstanbulda daimi və müvəqqəti akkreditasiya olunan media ilə iş, böhran zamanı kommunikasiya, İstanbul valiliyinin kommunikasiya fəaliyyəti, habelə “TRT World” kanalının dünyada media brendinə çevrilməsi, peşəkar beynəlxalq jurnalistika, TRT-nin yeni onlayn televiziya konsepsiyası, dəyişən beynəlxalq və regional siyasi gündəliyə çevik uyğunlaşma və gələcək hədəflər haqqında təqdimatlar edilib və digər məsələlər müzakirə olunub.

Səfər zamanı Türkiyə Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Anadolu Agentliyi, Radio və Televiziya Ali Şurası (RTÜK) və digər qurumlarda görüşlər keçirilib.

Tarix
2023.10.15 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla