Yuxarı

Udmurtiyada Azərbaycanla bağlı mərasim keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 21-də “Dostluq” – Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilatının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycandan olan nümayəndə heyəti - Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti, Avrasiya Xalqları Assambleyası Baş katibinin müavini Rauf Zeyni, Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Oleq Qarin, Udmurtiya Respublikasının milli siyasət naziri Eduard Petrov Stepanoviç, İjevsk şəhəri bələdiyyə rəhbəri Dmitri Çistyakov, “Batkovşina UR-da Belarus Mədəniyyəti Cəmiyyəti” Respublika ictimai təşkilatının sədri Nikolay Dmitreviç, Tatarıstan Respublikası və Orenburq vilayətinin azərbaycanlı icmalarının nümayəndələri və digər dövlət rəsmiləri iştirak ediblər. Eyni zamanda Udmurtiya Respublikanın dövlət və bələdiyyə orqanlarının, diasporların nümayəndələri iştirak ediblər.

Bundan başqa tədbirdə Moskva, Kirov, Orenburq, Perm vilayətlərinin, Naberejnıye Çelnı şəhərinin diasporlarının nümayəndələri, həmçinin Udmurtiya Respublikasının milli-mədəni birliklərinin rəhbərləri və digər fəxri qonaqlar təbrik nitqləri ilə çıxış ediblər.

Qeyd edək ki, Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində fəaliyyət göstərən "Dostluq" - Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilat 1998-ci ildə yaranıb. Təşkilat Udmurtiya Respublikasında yaşayan 15 mindən çox azərbaycanlını özundə birləşdirir. Mərkəzə 2014-cü ildən Zülfüqar Mirzəyev sədrlik edir.

Tarix
2023.10.24 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Trampdan Əliyevə: Sizinlə həqiqətən fəxr edirəm!

Adnana görə təcili Bakıya çağırıldı

Laçında 3 faydalı qazıntı yatağı balansa götürüldü

Azərbaycan və Pakistan XİN başçıları görüşdü

KQB Adnanı necə ələ alıb? – Agent və ya tora düşən tamahkar...

Şahin Mustafayev iranın energetika naziri ilə görüşdü

İlham Əliyev onlara müraciət ünvanladı

Sərhədlər bu xəritə üzrə çəkiləcək - Sərkisyan

Mehriban Əliyeva Əliyevin Trampla dialoqunu paylaşdı - Video

Bu şəxslər üçün Cibutiyə viza rejimi ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla