Yuxarı

Babək prospekti bağlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ziya Bünyadov prospektinin yenidən qurulmasının bu ilin ortalarına başa çatdırılması planlaşdırılır".

"Axar.az" xəbər verir ki, bu barədə jurnalistlərə Nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Nazir müavini bildirib ki, Ziya Bünyadov prospektində işlər başa çatdıqdan sonra Nəqliyyat Nazirliyi paytaxtın daha bir hissəsində - Babək prospektində də yenidənqurma işlərinə başlamağı planlaşdırır. Prospektdəki yenidənqurma işlərinin layihəsi hazırlanır. M.Pənahov deyib ki, prospektdə yenidənqurma zamanı hərəkətin qismən və ya tam məhdudlaşdırılması layihələndirmə başa çatdıqdan sonra məlum olacaq.

"Babək prospekti paytaxtın mühüm "nəqliyyat damarı"dır, ona görə də onun yenidən qurulması vacibdir" - deyə M.Pənahov vurğulayıb.

Qeyd edək ki, paytaxt sakinləri arasında daha çox "Dərnəgül yolu" kimi tanınan Ziya Bünyadov prospektində yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Bu mənada Babək prospektində işlərin yaxın vaxtlarda başlanacağı istisna deyil.

Tarix
2014.02.02 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla