Yuxarı

Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdan İran ərazisi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və əksinə avtobus reysləri günlük 4-ə çatdırılıb.

Axar.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun hərəkət qrafikində saat 19:00-a daha bir reys əlavə olunub.

Hazırda sərnişinlər biletim.az portalı üzərindən saat 09:00, 19:00, 20:00 və 21:00 reyslərinə bilet əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Qarışıq Komissiyasının bu ilin sentyabr ayında Bakıda keçirilən iclasında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayının artırılması barədə razılıq əldə olunub. İlkin mərhələdə marşrutun hərəkət qrafikinə 1 reys əlavə edilib. Növbəti mərhələdə reyslərin sayının 6-ya qədər artırılması planlaşdırılır.

İran ərazisindən keçməklə Bakı-Naxçıvan-Bakı avtobus reysi 2007-ci il noyabrın 8-dən fəaliyyət göstərir. Naxçıvan-Bakı reysi üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir.

Tarix
2023.11.03 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Medinskinin Qarabağla bağlı iddialarına sərt cavab

Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

İranda yaşayan türklərin sayı… - Əli Əkbərdən tarixi etiraf

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü - Video

Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla