Yuxarı

Yüksək vəzifə verilən baş həkimə cinayət işi açılıbmış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yüksək vəzifə verilən baş həkimə cinayət işi açılıbmış

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun yüksək vəzifə verdiyi xanım baş həkimə cinayət işi açılıbmış.

Axar.az Qaynarinfo.az-a istindən xəbər verir ki, bir neçə gün əvvəl Laçın Mərkəzi Xəstəxanasının sabiq direktoru, baş həkimi 1985-ci il təvəllüdlü Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini təyin olunub.

Güllü İbadova Baş Prokurorluq tərəfindən Laçın Rayon Mərkəzi Xəstəxanasına ayrılmış pul vəsaitini, yəni ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaqda ittiham olunub. Barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayyət işi açılıb və iş məhkəməyə göndərilib.

Güllü İbadova 2017-2020-ci illər ərzində ştat cədvəllərində saxtakarlıqlar edərək israf etmə yolu ilə 17.575,92 manat məbləğində dövlət vəsatini mənimsəyib. Onun məhkəmə prossesinə kimi Səhiyyə Nazirliyinə 17.575,92 manat məbləğində dəymiş maddi ziyanı, həmçinin dövlət nəfinə ödənilməli olan 4394 manat məbləği ödəməsi məlum olub. Ona görə də zərərçəkmiş Səhiyyə Nazirliyinin nümayəndəsi onun barəsində cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etməyib.

İki həftə əvvəl məhkəmənin qərarı ilə Güllü İbadova barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə CM-nin 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunub.

Güllü İbadova 2011-2017-ci illərdə Sumqayıt Oftalmoloji Xəstəxanasında həkim-oftalmoloq vəzifəsində işləyib, 2017-ci ilin aprel ayında isə Laçın Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub. 2020-2021-ci ildə "Laçın rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb. Baş həkim və direktor kimi xəstəxananın idarə olunması, səhiyə işinin təşkili, işçilərə nəzarət və digər bu kimi inzibati işlərə rəhbərlik edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin ediliblər.

Tarix
2023.11.11 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

Türkiyəli general Azərbaycana gəldi

Əliyevə söz vermişdim ki, AB-dən kənara... - Babiş

Benzin və dizelin qiyməti ilə bağlı mühüm qərar

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi təklif etdi

Babiş Qəbələdə: Zelenski və Meloninin Azərbaycana səfəri...

Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur

Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla