Yuxarı

Kiyevdəki bu görüş Kremldə şok yaratdı - Səfir çağırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyevdəki bu görüş Kremldə şok yaratdı - Səfir çağırıldı

13:15

27 apreldə Almaniyanın Rusiya Federasiyasındakı səfiri Qraf Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, səfirə bu yaxınlarda Kiyevdə keçirilən görüşlə bağlı sərt etiraz bildirilib.

Belə ki, Zelenski ilə görüşdə Bundestaqın beynəlxalq işlər üzrə komitəsinin hakim Xristian Demokrat İttifaqından olan üzvü Kizevetter ilə bərabər “İçkeriya çeçen respublikası”nın (Rusiyada terror təşkilatı kimi tanınır) lideri, Rusiyanın beynəlxalq axtarışa verdiyi Aleksandr Zakayev də iştirak edib.

Alman deputat Belqorod və Kursk bölgələrində diversiya əməliyyatlarında fəal iştirak edən bu təşkilatın üzvlərinin Rusiya əleyhinə fəaliyyətlərini alqışlayıb və onları Almaniya ilə fəal əməkdaşlıq etməyə, o cümlədən Almaniyada yaşayan rus köçkünləri “Rusiyadakı ictimai-siyasi vəziyyəti pozmaq üçün əməliyyatlar aparmaq işinə cəlb etməyə” çağırıb.

Moskva Almaniya parlamentinin üzvü ilə “məşhur cinayətkarlar arasında” keçirilən bu görüşü Almaniya hakimiyyətinin Rusiyanın daxili işlərinə müdaxilə etmək və milli təhlükəsizliyinə təhdid yaratmaq niyyətinin sübutu kimi qiymətləndirib.

“Rusiyaya qarşı istənilən düşmənçilik hərəkəti qaçılmaz olaraq müvafiq cavabla qarşılanacaq”, - xəbərdarlıqda bildirilib.

Tarix
2026.04.27 / 21:08
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla