Yuxarı

Tapdığı silahı satmaq istəyən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlarda olan odlu silah-sursatın könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş paytaxt sakini - 1976-cı il təvəllüdlü Rüfət Bayramov saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2023.11.18 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Milli Məclisin xüsusi iclası başa çatdı

Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır

Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?

Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev

Sülh sazişinin paraflanması... - Prezident

Zəngəzur dəhlizi yaxın gələcəkdə... - İlham Əliyev

Prezident forum iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla