Yuxarı

Cəbhədə gərgin gecə: erməni təxribatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım, Fərəhli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Mərzili, Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.

Tarix
2016.01.26 / 09:52
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla