Yuxarı

Azəriqaz: "Heç bir problem yoxdur"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azəriqaz: "Heç bir problem yoxdur"

Azəriqaz İstehsalat Birliyi havaların kəskin soyuması ilə əlaqədar gündəlik təlabata uyğun əhaliyə verilən təbii qazın həcmini artırıb.

Axar.az xəbər verir ki, Birliyin yaydığı məlumatda istər Bakı şəhəri və ətraf qəsəbələrdə, istərsə də respublikanın regionlarında əhaliyə təbii qazın verilişində heç bir məhdudiyyət yaranmadığı bildirilir:

"Birlik tərəfindən planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan bütün təmir işləri müvvəqqəti olaraq təxirə salınıb. Yalnız qəza hallarının aradan qaldırılması zamanı əhaliyə mavi yanacağın verilişində qısamüddətli fasilələr yarana bilər. Baş verən qəza halları isə Azəriqaz İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin qəza xidmətləri tərəfindən operativ olaraq aradan qaldırılır. Eyni zamanda, abonentlərin şikayətlərinin araşdırılması və həll edilməsi məqsədilə Birliyin 104 və 185 qaynar xətləri fasiləsiz fəaliyyət göstərir. Bütün çağırış və müraciətlər operativ surətdə və nəzarət qaydasında icra olunur. İşlərin səmərəli təşkili, neqativ halların aradan qaldırılması və xidmətə nəzarətin artırılması məqsədilə Bakı Regional Qaz İstismar Departamenti və Regional Qaz İstismar İdarələri gücləndirilmiş iş rejiminə keçirilərək növbətçilik sistemi yaradılıb".

Məlumatda qeyd edilir ki, ötən gün axşam saat 20:00 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində avtomobilin 159 mm-lik qaz xəttini sındırması nəticəsində Nərimanov və Binəqədi rayonlarına təbii qazın verilişində məhdudiyyətlər yaranıb, Azəriqaz İB-nin müvafiq qurumları tərəfindən dərhal həmin ərazidə alternativ xətlər çəkilərək qazın verilişi bərpa edilib.

Birlik tərəfindən istehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər bundan sonra da görüləcək.

Tarix
2016.01.27 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla