Yuxarı

Bu şəxslərə hərbi rütbə veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbə veriləcək.

Axar.az xəbər verir ki, bununla bağlı "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.

Qanunun 11-ci maddəsinin on beşinci hissəsinə təklif olunan dəyişiklik məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsini, 39-cu maddənin ikinci hissəsinə təklif olunan dəyişiklik hərbi rütbəyə görə pul əlavəsinin ödənilməsini müəyyən edir.

Məhkəmə-psixiatriya ekspertizası müstəqil ekspertiza olduğu üçün qanunun 23- cü maddəsinin ikinci hissəsinə texniki xarakterli dəyişikliyin edilməsi təklif olunur. Bütövlükdə, təklif olunan dəyişikliklərin məqsədi məhkəmə ekspertizalarının hərbi xidmət nəzərdə tutulmuş müvafiq dövlət orqanında keçirilməsi üçün hüquqi əsaslanın qanunda təsbit edilməsi və məhkəmə ekspertizaları təsnifatının daha dəqiq müəyyən edilməsidir.

Hazırda məhkəmə ekspertlərinin fəaliyyətinin təşkili üzrə səlahiyyətlər aşağıdakı müvafiq icra hakimiyyəti orqanlarına məxsusdur:

- məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Səhiyyə Nazirliyi;

- məhkəmə ekspertizasının digər sahələrində Ədliyyə Nazirliyi;

- ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində Daxili İşlər Nazirliyi.

Tarix
2023.12.06 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla