Hədəf Nəşrləri tərəfindən yaradılan Kitabevim.az
mağazası 2010-cu ildə Z.Əhmədbəyov 2 ünvanında açılıb. 2013-cü ildə
böyük bir bazaya malik olan onlayn satış mağazasını
(www.kitabevim.az) oxuculara və alıcılara təqdim edən şirkət ikinci
dükanını 28 May metrosunun yaxınlığında (Puşkin 26A. Ak Centr 2-ci
mərtəbə) 380 kv. metrlik məkanda açacaq.
"Axar.az" xəbər verir ki, mağazanın açılışını
mart ayına planlaşdıran şirkət müştərilərinə ən münasib qiymətlərlə
kitablar təklif edəcəyinə və mağazanı kitabsevərlərin ən səmimi
məkanına çevirəcəyinə iddialıdır. Mağaza səhər saat 9:00-dan axşam
saat 22:00-a qədər oxucuların üzünə açıq olacaq. Mağazanın
fəaliyyəti aşağıdakı konsept əsasında formalaşacaq:
Layihənin məqsədi:
Gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir
məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr
aparması, söhbətlərini təşkil etməsi, valideynlərin övladlarını
gəzdirmək üçün seçdiyi bir məkan, çay, kofe içərək bir nağıl
oxuması, əyləncəli komiks kitabı ilə tanış etməsi, Bakı şəhərində
keçiriləcək müxtəlif kitab təqdimatlarının təşkil edilməsi,
kitabsevərlərin bir araya toplaşıb söhbət etməsi, fikir mübadiləsi
aparması, monitorlarda əhəmiyyətli kitablardan filmlər vermək,
təqdimatlar yayımlamaq.
Kitab dükanında həyata keçiriləcək
layihələr:
1. "Qoy-götür" guşəsi
Bu guşənin məqsədi həvəskar və ehtiyacı olan oxucuların
mütaliəyə olan marağını artırmaqdır. Belə ki, bu guşəyə üzv olan
oxucular 10 gün müddətində oxumaq üçün guşədə olan istədiyi kitabı
götürə bilər. Guşənin kitab bazası kitabsevərlərin, təşkilatların,
şəxslərin və mağazanın guşəyə hədiyyə etdiyi kitablarla
formalaşacaq.
Sonrakı müddətdə bu güşədən istifadə etmək üçün guşəyə üzv olmaq
tələb ediləcək ki, bu da guşəyə bir kitab hədiyyə etməklə
mümkündür. Oxucular kitab götürmək istədikdə şəxsiyyət
vəsiqələrinin surətini çıxararaq xüsusi hazırlanmış şüşə qutuya
salacaqlar.
2. Günün, həftənin, ayın kitabı
Bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılacaq. Burda
yerli və xarici ədəbiyyata aid kitablar olacaq. Bu guşədə sezona
uyğun olaraq, müəyyən metodik kitablar da ola bilər. "Günün kitabı"
, "Həftənin kitabı", "Ayın kitabı" adı ilə seçilən kitabların
qarşısında xüsusi çərçivədə qiymətləri göstəriləcək. Hər gün səhər
"Günün kitabı" elan edilib xüsusi vitrinə yığılacaq. Kitabevim.az
saytında bu layihə ilə bağlı guşə olacaq və oxucuları mütəmadi
məlumatlandıracaq.
3. Kitabkafe
Kitab kafenin məqsədi mağazada alış-veriş edən insanlara çay və
kofe xidməti göstərməkdir. Kafedə əyləşən insanlar istənilən kitabı
oxuma, tanışolma haqqı qazanır. Kafedə uşaqlar və gənclər üçün
xüsusi masalar tərtib edilib. Xüsusi formada hazırlanan masaların
üzərində aypədlər olacaq ki, pulsuz Wifi-la təmin ediləcək.
Ümumiyyətlə, mağaza açıq wifi ilə təmin edilmişdir. Kafenin "Şərq
masası" isə qədim şərq ornamentləri ilə hazırlanıb.
4. Kitab təqdimatlarının təşkili
Kitab təqdimatları üçün ayrılmış açıq zalda nəşriyyatlar və
yazarlar təqdimat keçirə bilər. Təqdimatların keçirilməsi zamanı
foto çəkiliş mağaza tərəfindən çəkilib sifarişçiyə hədiyyə edilir.
Ay ərzində bir neçə dəfə oxucularla müəlliflərin görüşü, əsərlərin
müzakirəsi təşkil ediləcək, gənc yazarlara yönəlik seminarlar
keçiriləcək.
5. Oxucu klubu, güzəşt kartı
Kitabevim.az mağazasına gələn hər kəsə 5% -lik "Oxucu klubu"
güzəşt kartları təqdim ediləcək. Kart sahibləri bundan sonra hər
kitab aldıqca müəyyən bal qazanacaq. Hər 5 manatlıq alış-verişə
görə 5 bal qazanır. Hər 5 bal isə 50 qəpik deməkdir. Toplanılan hər
100 baldan sonra müştərinin kitab mağazasında qeydiyyatda olduğu
mobil nömrəsinə bildiriş mesajı göndəriləcək. Bu ballarla müştəri
istənilən vaxt mağazada alış-veriş edə bilər. Ümumiyyətlə, kartlar
beş növ olacaq: 5%-lik "Oxucu klubu", 10%-lik "Hekayə", 15%-lik
"Roman", 20%-lik "Dastan" və "Ədəbiyyat" VIP güzəşt kartları təqdim
ediləcək.
6. Bukinist guşəsi
Bu şöbə antik bir dizaynla hazırlanıb. Burada dəyərli əski
kitabları alıb-satmaq imkanı yaradılıb. Gələcəkdə bu şöbədə antik
kitabların sərgilənməsi planlaşdırılır.
7. Çətin tapılan kitabların sifarişi
Xarici kitabların sifariş edilməsi xidməti həyata keçirilir. Ən
uyğun qiymətə müştəriyə təqdim edilir.
8. Açılış günü bütün kitablara 25% endirim
9. Mağazada bütün nəşriyyatlara, müəlliflərə eyni
münasibət sərgilənəcək, kitablar satışına, yeniliyinə görə
vitrinlərdə yerləşdiriləcək və mağazanın reklam tablolarında
yayımlanacaqdır.
10. Hədiyyə kartları
Bu kartlar müştərilər tərəfindən dostuna, yoldaşına, yaxınına
hədiyyə edilmək üçün nəzərdə tutulur. Müştəri bu kartı dükandan
alaraq istənilən zaman, istənilən şəxsə hədiyyə edə bilər. Kartlar
birdəfəlik istifadə etmək üçün nəzərdə tutulur.
Hədiyyə kartları 5, 10, 20, 50, 70, 100, 200 manat dəyərində
olur. Məbləğindən asılı olmayaraq, hədiyə kartları həmişə 15%
güzəştə malikdir. Hədiyyə kart sahibləri alış-veriş etdiyi zaman
məbləğinə uyğun olaraq güzəşt kartlarına sahib ola bilər.