Yuxarı

Yetim Sabir saxlanıldı, Bakıya gətirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yetim Sabir saxlanıldı, Bakıya gətirilir

2020-ci ilin avqustunda öldürülən Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılan, vaxtaşırı Tiktok sosial şəbəkəsində mərhum Rövşən Lənkəranskinin yaxınlarının ünvanına ağır ifadələr işlədən kriminal avtoritet Yetim Sabir saxlanılıb.

Axar.az-ın əldə etdiyi məlumata görə, Gürcüstanda saxlanılan Yetim Sabirin hazırda Azərbaycana ekstradisiya edildiyi bildirilir.

Qeyd edək ki, Yetim Sabirin 5 il öncə Şəmkirdə bıçaqlanması ilə bağlı məlumatlar yayılmışdı. Onun Gəncəli Firdovsi kimi tanınan Firdovsi Mustafayevlə ciddi mübahisəsinin olduğu bildirilirdi. Həmin mübahisəni əks etdirən telefon danışığı kriminal dairələrə yaxınlığı ilə seçilən internet resurslarında yayımlanmışdı.

Telefon danışığı zamanı Gəncəli Firdovsi ilə Yetim Sabir arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yaranır. Firdovsi cəza çəkdiyi müəssisədə nəzarətin ona məxsus olduğunu bildirsə də, Yetim Sabir etiraz edərək, həmin yerin Nadir Səlifov (Lotu Quli) və Yusif Əliyev (Yuska Şamxorski) tərəfindən ona həvalə edildiyini deyir. Cavabında Gəncəli Firdovsinin Qulini “oğru” kimi tanımadığını deməsi Yetim Sabirin etirazı ilə qarşılanır və sonuncu Qulini "qanuni oğru" kimi tanımayanları təhqir edir. Gəncəli Firdovsi isə öz növbəsində bu sözə görə Yetim Sabirin cavab verməli olacağını söyləyir.

Bunun ardınca isə Yetim Sabirin başına 250 min mükafat qoyulduğu haqda məlumat yayılmışdı. Daha sonra isə Yetim Sabirin bıçaqlanması məhz kriminal qruplaşmaların növbəti hesablaşması kimi qəbul olunmuşdu.

Tarix
2024.01.16 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşdü

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla