Yuxarı

"İTV-nin bəzi layihələri narahatlıq doğurur"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İTV-nin bəzi layihələri narahatlıq doğurur"

İctimai Televizyanın (İTV) efirində yayımlanan "Evakuator şou" verilişində müəyyən gizli reklam elementləri var. Əvvəlki buraxılışlarda bu, çox qabarıq idi. İndi bir qədər azalıb.

Bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, verilişin qonaqlarının əsasən şou-biznes nümayəndələrindən ibarət olması proqrama müəyyən şou elementləri də qatır: "Veriliş daha çox kommersiya layihəsi təəssüratı yaratsa da, müəyyən maarifləndirici elementlər də var. Ümumiyyətlə İTV-nin efirində bir neçə kommersiya layihələri var. Məsələn, "Müasir ev", "Bioloji təbabət" və s. Əslində, bu hallar daha çox özəl kanallara xas xüsusiyyətdir. Belə ki, özəl kanallar bu cür kommersiya fəaliyyətinə meyillənərkən, bu, müəyyən qədər başadüşülən olur. Dövlət büdcəsindən maliyyələşən İTV-nin isə kommersiya layihələrinə meyillənməsi müəyyən narahatlıq yaradır.

Yayımçı bu məqamı nəzərə almalıdır. İTV-yə verilişlərin çəkilməsi üçün maliyyə vəsaiti ayrılır. Nə ehtiyac var ki, onlar konkret olaraq evakuator xidmətlərindən birinin reklamı üzərində qurulan veriliş yayımlayır?!"

Şöbə müdiri İTV-nin efirində yayımlanan bir sıra verilişlərin isə ümumiyyətlə ölkə tele-radio məkanında öz maarifçi xarakteri ilə seçildiyini vurğulayıb. Xüsusilə, "Qarabağ həqiqətləri" verilişini qeyd edən T.Dadaşov bildirib ki, bu verilişdə Azərbaycanın ən ağrılı problemi ətrafında ciddi mütəxəssislərlə müzakirələr aparılır, həqiqətlər üzə çıxarılır: "Veriliş son dövrlərin ən uğurlu telelayihələrindən biri kimi dəyərləndirilə bilər. Görünür ki, aparıcı özü də verilişdə qoyulan mövzulara dərindən bələddir.

Həmçinin, "Müzakrə vaxtı", "Ortaq məxrəc", "Xəmsə", "Açıq dərs" və s. kimi maarifləndirici verilişləri də qeyd etmək lazımdır".

Tarix
2016.02.09 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla