Yuxarı

Nazirlik 2 min nəfərə yardım göstərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik 2 min nəfərə yardım göstərdi

Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 2071 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, reabilitasiya vasitəsi və protez-ortopedik məmulatlar nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən verilib.

Onlardan 584 ədədi müxtəlif növlərdə reabilitasiya vasitələri, 59 ədədi aşağı ətraf protezi, 85 ədədi aşağı ətraf ortezi, 16 ədədi yuxarı ətraf protezi, 9 ədədi yuxarı ətraf ortezi olub. Həmin insanlar 244 cüt protez ayaqqabı və 327 cüt ortopedik ayaqqabı, 99 cüt dirsəkaltı və 60 cüt qoltuqaltı ağac, 155 ədəd əsa, 59 ədəd bel nahiyəsi üçün korset, 3 ədəd əlil arabası, 33 ədəd eşitmə aparatı və s. ilə təmin ediliblər.

Son bir ayda qeyd olunan şəxslərə məxsus 88 ədəd reabilitasiya vasitəsi təmir edilərək, yenidən onların istifadəsinə verilib. Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 75 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya yönümlü xidmətlər göstərilib.

Qeyd edək ki, ötən il nazirlik tərəfindən əlilliyi olan şəxslərə 34,075 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1273 ədəd əlil arabası verilib ki, bunlar da 2014-cü illə müqayisədə müvafiq olaraq 49 faiz və ya 2,2 dəfə çoxdur.

Tarix
2016.02.10 / 16:28
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Estoniya XİN başçısı Azərbaycana gəldi

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla