Yuxarı

Korona yenə can alır: səbəb nədir? - Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona yenə can alır: səbəb nədir? - Həkim

Bəzən deyirlər ki, xəstəliyə yoluxanların və ölüm hallarının çox olduğu üçün koronavirus pandemiyasının yeni dalğası başlayıb. Lakin bu, qətiyyən belə deyil. Bu, omikron ştammının yeni mutasiya variantıdır.

Bu sözləri Axar.az-a tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla son bir ayda koronavirusdan 21 nəfərin ölməsi haqda rəsmi məlumatı şərh edərkən deyib.

O əlavə edib ki, bu infeksiyaya ABŞ-da, Avropa və digər ölkələrdə yoluxma çox olsa da, kütləvi ölüm halı qeydə alınmayıb:

“Ölüm hallarının qarşısını almaq üçün insanlar diqqətli olmalıdır. Təəssüflər olsun ki, bəzi insanlar bu məsələdə səhlənkarlığa yol verir, xəstəxanaya ən ağır vəziyyətdə müraciət edir. Ağırlaşmış xəstələr arasında isə ölüm halları çox olur. Bu xəstəliyə yoluxma hələ də olsa da, vaxtında müraciət edilərsə, ölüm halları kəskin azalar”, - A.Qeybulla bildirib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib ki, son bir ayda 325 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 21 nəfər ölüb.

Tarix
2024.02.02 / 15:17
Müəllif
Valeh Dadaşov
Digər xəbərlər

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

Milli Məclisin növbəti iclası başladı

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

Azərbaycan XİN Filippini təbrik etdi

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla