Yuxarı

Zabuxda tarixi seçkiyə hazırlıq: yeni məntəqə yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zabuxda tarixi seçkiyə hazırlıq: yeni məntəqə yaradıldı

Zabux camaatı 7 fevral növbədənkənar prezident seçkilərinə hazırdır. Doğma yurdumuzda səs verəcəyimizin qürur və sevincini yaşayırıq.

Axar.az xəbər verir ki, Report-a açıqlamasında 121 saylı Laçın seçki dairəsinin Zabux kəndində yeni yaradılan 108 saylı seçki məntəqəsinin sədri Mübariz Rüstəmov deyib.

1 saylı Zabux kənd tam orta məktəbində yerləşən məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Eyni zamanda məntəqədəki lövhədə seçicilərin siyahısı vurulub.

M.Rüstəmovun sözlərinə görə, məntəqədə 1500-ə yaxın seçici qeydiyyata alınıb. Onlardan 549 nəfər Zabux sakini, digərləri isə Laçının Minkənd kəndindən başlayaraq Güləbirdə qədər olan əraziləri əhatə edən seçicilərdir.

Tarix
2024.02.03 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Şımkent-Bakı marşrutu bu sahədə əməkdaşlığı genişləndirəcək

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla