Yuxarı

Prezidentin bu videosunu qürur hissi ilə izlədim - VHP sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin bu videosunu qürur hissi ilə izlədim - VHP sədri

Mən və ailəm seçkidə iştirak etdik, Nərimanov rayonu ərazisində olan seçki məntəqəsində səs verdik, seçicilər və müşahidəçilərlə də görüşüb, söhbətləşmək fürsətimiz oldu.

Bu sözləri Axar.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün keçirilən prezident seçkiləri ilə bağlı fikirlərini bölüşərkən deyib.

“Seçici fəallığı çox yüksəkdir. Müşahidəçi və seçki komissiyası üzvləri seçkinin şəffaf və qanunvericilik çərçivəsində keçirilməsinə nəzarət edir. Bugünkü seçkinin ən gözəl tərəflərindən biri də işğaldan azad olunan bütün bölgələrimizdə səsvermə məntəqələrinin yaradılmasıdır. Bu gün Prezidentimizin və ailəsinin Xankəndidə səs verməsi videosunu qürur hissi ilə izlədim. Xankəndidə Azərbaycan Prezidentinin səs verməsi 35 ilin ən böyük hadisələrindən biridir”.

VHP sədri əlavə edib ki, partiya üzvləri həm seçki komissiyalarında təmsil olunur, həm də müşahidəçi kimi seçkiləri izləyirlər:

“Respublikanın demək olar ki, bütün bölgələrində bizim nümayəndələrimiz və müşahidəçilərimiz var. Seçkinin heç bir narahatlıq olmadan keçdiyini əminliklə deyə bilərik”.

Tarix
2024.02.07 / 15:50
Müəllif
Mehnur Məmmədli
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla