Yuxarı

Şəkidə güclü partlayış: Xəsarət alan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, fevralın 13-ü axşam saat 21 radələrində Şəki şəhəri, Aşıq Cuma küçəsi 21 ünvanında yaşayan, 1962-ci il təvəllüdlü Gülnaz Nemət qızı Əhmədova hər iki qulaq seyvanının və sol əlin üs nahiyəsinin 2-ci dərəcəli termiki yanıq xəsarətləri və sol ayağın baldır nahiyəsinin cırılmış yarası dioqnozu ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 54 yaşlı Gülnaz Əhmədova axşam saatlarında yaşadığı evdə evi qızdırmaq üçün quraşdırılmış istilik sisteminin "kombi" adlanan qaz cihazında qaz sızması hiss edib. G. Əhmədova qaz sızmasını dəqiqləşdirmək üçün kibrid yandıraraq "kombi" cihazını yoxlamaq istəyən zaman anidən alovla müşahidə edilən partlayış baş verib. Partlayış zamanı "kombi" yerləşən otağın pəncərəsi sınıb, şüşələri qırılıb. Nəticədə G. Əhmədova xəsarətlər alıb. G. Əhmədovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Məlumatda o da bildirilir ki, G. Əhmədova Azərbaycan Beynəlxalq Bankının Şəki rayon filialında mühasib vəzifəsində işləyir.

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.

Tarix
2016.02.14 / 01:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla