ANS TV-nin efirində "Hesabat" verilişində Mir Şahinin
qonağı Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun
olub.
Söhbət zamanı Türkiyə-Rusiya münasibətlərindən danışan səfir
Türkiyənin Suriya siyasəti və Rusiyanın Suriya siyasəti haqqında
sualları cavablandırıb.
- Türkiyə və Rusiya, ayrılıqda Suriya məsələsinə necə
yanaşır? Və bu yanaşmalar arasında hansı prinsipial ziddiyyətlər
var? Türkiyə bu problemin necə həll olunmasını istəyərdi? Rusiya bu
problemin necə həll olunmasını istəyərdi?
- Bir qədər daha əvvələ, daha geniş coğrafiyaya baxmaq lazımdır.
Dağlıq Qarabağ məsələsinə, Gürcüstanda yaranmış vəziyyətə,
Ukraynada baş verənlərə baxmaq və Krımın işğalını da unutmamaq
lazımdır. Bizim yaxın coğrafiyamızda bir sıra geopolitik gerçəklər
addım-addım ortaya çıxır. Bütün bunları bir araya gətirdikdə
həqiqətəndə beynəlxalq təhlükəsizliyin, sülhün, xalqların rifahının
qorunmasında səmimi hissləri və narahatlıqları olanların bunları
dəyərləndirmələri vacibdir. Bütün bunları dəyərləndirdikdən sonra
bizim Rusiya ilə Suriya məsələsində fərqli düşüncələrimiz ola
bilər. Eynilə Krımda olduğu kimi. Bizim Krımın işğalını tanımaq
kimi bir fikrimiz yoxdur. Heç bir zamanda olmayacaq. Buna rəğmən,
biz Rusiya ilə münasibətləri qoruyub saxladıq. Suriyada da
yaşananlara baxmayaraq bizim Rusiya ilə münasibətlərimizi qoruyub
saxlamaq mümkündür. Lakin Türkiyənin öz hava sahəsində
sahibliyinin, suverenliyinin, sərhədlərinin müdafiə edilməsinin hər
kəs tərəfindən qəbul edilməsi lazımdır. Suriya Türkiyəyə qonşu bir
ölkədir. Rusiyanın orada bir sıra maraqları ola bilər. Rusiyanın bu
ölkəyə etdiyi həmlələr, hava hücumları nəticəsində minlərcə insan
Türkiyə torpaqlarına sığınmaq məcburiyyətində qalırsa, Suriyada
mülki vətəndaşlar bu hücumlar nəticəsində öldürülürsə, o zaman
bizim də söyləyəcək sözlərimiz var. Hazırda bir istəyimiz var ki,
beynəlxalq qurumlar Suriya məsələsinin kökündə nəyin dayandığını
başa düşsün. Bəşər Əsədlə Suriyanın bir gələcəyinin ola
bilməyəcəyini anlasın və mülayim müxalifəti də dəstəkləmək şərti
ilə Suriya xalqının sahiblənəcəyi həll yolunu, keçid dövrünü
birlikdə keçə bilək" deyə səfir bildirdi.
Keçmişdə Bəşər Əsədə ən çox sahib çıxmış bir ölkənin təmsilçisi
olaraq deyə bilərəm ki, Bəşər Əsəd öz xalqını bombalarla yox etməyə
çalışan bir liderdir. Belə bir liderlə Suriyanı nə kimi bir gələcək
gözləyəcəyi sual doğurur.
- Rusiya Cənub həbi dairəsində olan bütün qoşunlarını
yüksək döyüş vəziyyətinə gətirib. Adamda elə bir bir hiss yaranır
ki, bu gün-sabah savaş olacaq. Türkiyə rus silahlı qüvvələrinin bu
şəkildə cəmləşməsindən narahatdırmı?
- Son dönəmdə baş verən hadislərdən narahatıq. Türkiyə üçün
qonşu ölkələrdə əsgəri aktivliyin artması, təyyarənin vurulması
narahatedicidir. Gərginliyin bu şəkildə artmasının və
artırılmasının heç kimə faydası yoxdur. Bizim əsas məqsədimiz
bölgədə sülhü və əminamanlığı bərqərar etməkdir.
- Son zamanlar Rusiyada bizdə Qars müqaviləsi kimi
məşhurlaşan Moskva müqaviləsi də şübhə altına alınıb. Bir sıra
millət vəkilləri bu müqavilənin pozulması təşəbbüsü ilə çıxış edib.
Ümumiyyətlə, necə düşünürsünüz, bu müqaviləni Rusiya tək başına
poza bilərmi? Yəni belə bir ehtimal sizcə nə dərəcədə realdır?
Naxçıvanın hazırkı mövcudluğu həmin sənədlə bağlıdır.
- Bu kimi məsələlərin
həddindən artıqdır. Belə məsuliyyətsiz açıqlamalar verildiyini
bilirəm. Siyasətçiləri son dönəmlərdə həddindən artıq məsuliyyətli
olmağa çağırıram. Rusiya və Türkiyə arasındakı problemləri iki
mədəni dövlət olaraq, danışaraq həll etməliyik.