Yuxarı

Azərbaycanlı qətldən 10 il sonra həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı qətldən 10 il sonra həbs edildi

Türkiyənin Bursa vilayətində 10 il əvvəl törədilmiş qətlin üstü açılıb, hadisəni törədən azərbaycanlı bu il fevralın 12-də saxlanılıb.

APA-nın AA-ya istinadən verdiyi xəbərə görə, azərbaycanlı Rafael M. 2006-cı il fevralın 12-də qətl törətdiyini etiraf edib. Hazırda Bursada yaşayan və taxta-şalban alveri ilə məşğul olan Rafael M. polisə ifadəsində bildirib ki, Rusiya vətəndaşı Mehralı Abbasovu şəxsi münaqişə zəminində qətlə yetirib. Buna səbəb kimi, M. Abbasovun onun qardaşını döyməsini göstərib: "Mehralı Abbasov polis orqanlarında işləyirdi. 2000-ci ildə qardaşımı gözümün qarşısında döydü, bu, mənə çox pis təsir etdi. Onun pensiyaya çıxandan sonra Türkiyə ilə ticarətə başladığını, İstanbulda yaşadığını öyrəndim. Onunla danışmaq üçün bura gəldim, amma mənə də kobud davrandı. Həmin vaxt üstündəki tapançadan atəş açaraq, onu öldürdüm. Meyiti Bursaya gətirərək, Orxanqazi rayonunda yolun kənarına atdım".

Qeyd edək ki, M . Abbasovun meyiti həmin vaxt tapılsa da, hadisəni törədənin kimliyi indiyədək müəyyənləşdirilməyib. Polis əməkdaşlarının telefon danışıqları ilə bağlı apardıqları araşdırma nəticəsində cinayətin üstü 10 il sonra açılıb.

Tarix
2016.02.15 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla