Yuxarı

ABŞ-ın daha bir ştatı Xocalı soyqrımını tanıdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini "Xocalını Anma Günü" günü olaraq yad etməyə cağırıb.

Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş sənəddə, Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.

Qeyd edək ki, bu bəyanat, Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.

Bəyanatda S.Bulok bildirir: "Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk".

Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada "Xocalını Anma Günü" olaraq elan edildiyi vurğulanır.

Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını pisləyən ştatların sayı 20-yə çatıb

Tarix
2016.02.18 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla