Yuxarı

Qəzada ölənlərin kimliyi bilindi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzada ölənlərin kimliyi bilindi - Foto

17:06

Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi "Mersedes" markalı minik avtomobili ilə VAZ-21099 markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı iki nəfər ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Baş verən yol qəzasında ölən və yaralananların hələlik şəxsiyyəti məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

19:12

Qəzada VAZ-21099 markalı avtomobilin sürücüsü 33 yaşlı Tehran Hüseynov və "Mersedes"də olan sərnişin 76 yaşlı Rəfiqə Kazımova hadisə yerində keçinib.

Hadisə zamanı hər iki avtomobildə olan 4 sərnişin - 41 yaşlı Nofər Qurbanov, 16 yaşlı Elşən Baxşəliyev, 46 yaşlı İsaq Kazımov və 35 yaşlı Mənsurə Qurbanova ağır bədən xəsarətləri alıb. Yaralılar ilk olaraq Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsələr də, vəziyyətləri ağır olduğu üçün Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Tarix
2016.02.20 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla