Yuxarı

Çempion namus üstə güllələnib? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çempion namus üstə güllələnib? - Foto

Gəncədə ötən gecə güllələnən idmançı, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovla bağlı yeni məlumatlar üzə çıxıb.

Onun idmançı dostu Anar Məmmədov Musavat.com-a bildirib ki, Elmir Cəlilov yaşı ilə əlaqədar bir müddət əvvəl idmandan uzaqlaşıb. O, Gəncədə bərbərliklə məşğul imiş:

"Çox mərifətli oğlan idi. Gəncədə ən hörmətli idmançılardan biri Elmir idi".

Anar Məmmədov bildirib ki, Elmir Cəlilov kriminal aləmdən uzaq olub, heç kimlə ədavəti yox imiş:

"Elmir Cəlilov ailəlidir. İki övladı - qızı və oğlu var. Həyat yoldaşı hamilədir və təxminən iki ay sonra üçüncü övladları dünyaya gəlməlidir".

Gəncədəki mənbələr qətlin səbəbləri ilə bağlı mövcud ehtimalları da açıqlayıb. Hazırda qətllə bağlı iki versiya dolaşır - namus məsələsi və ya borc pul söhbəti.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Tarix
2016.02.21 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla