Yuxarı

Orta məktəb şagirdi ürəyindən vuruldu - Şəmkirdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orta məktəb şagirdi ürəyindən vuruldu - Şəmkirdə

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Orta məktəb şagirdi bıçaqlanıb.

Çaykənd kənd sakininin ANS-ə verdiyi məlumata görə, kənd sakini, 2000-ci il təvəllüdlü Vüsal Aqil oğlu Əhmədov dərsdən çıxıb evə gedərkən aralarında yaranan mübahisə zəminində həmkəndlisi Xəlil Qaçay oğlu Süleymanov tərəfindən bıçaqlanıb.

Sol döş qəfəsindən kəsilmiş-deşilmiş yara alan 16 yaşlı məktəbli dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

Kənd sakini onu da əlavə edib ki, hadisəni törədən şəxsin kim olduğu məlumdur, amma hələlik saxlanılmayıb. Ancaq yaxın saatlarda dindirilmə üçün polis şöbəsinə aparılacaq.

Faktla bağlı Şəmkir Rayon Polis İdarəsində araşdırma aparılır. Hələlik hadisənin dəqiq səbəbləri bilinmir.

Orta məktəb şagirdinin bıçaqlanması ilə bağlı qeydə alınan sonuncu fakt yanvar ayının 19-da Bakıda baş verib. 286 saylı orta məktəbin qarşısında həmin məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb.

Nəticədə X.Ramazanov xəstəxanaya yerləşdirilib.

Tarix
2016.02.22 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla