Yuxarı

Xətaidə Novruz şənliyi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə Novruz şənliyi - Foto

Martın 18-də Xətai rayonunda R.Məmmədov küçəsi 25 ünvanında yeni salınmış abad həyətdə Novruz bayramı ilə əlaqədar bayram şənliyi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Axar.az xəbər verir ki, tədbir iştirakçıları rəqs, idman səhnələri, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa ediblər.

Tədbirin əvvəlində möhtəşəm Novruz tonqalı alovlandırılıb, milli təamlardan ibarət süfrə açılıb.

Daha sonra Novruz bayramına həsr olunan musiqili proqram başlayıb. Tanınmış incəsənət ustaları Gülyaz Məmmədova, İzzət Bağırov, Səlim Abbasov, İnci Müslimzadə, Şəms Sərdarlı, Ədilə Əliyeva, Fatimə İbrahimova və başqaları, həmçinin "Səma" rəqs qrupu, Novruz personajları, pəhləvan, kəndirbaz, idmançılar tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Tarix
2024.03.19 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - Video

Avropa Siyasi Birliyi siyasi əlaqələndirmə platformasıdır

Kremldə Putinin “faktiki həbsi”nə qərar verildi

Hörmüz blokadası Azərbaycanı qalib etdi - Almaniya KİV

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla