Yuxarı

Avropa Siyasi Birliyi siyasi əlaqələndirmə platformasıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Siyasi Birliyi siyasi əlaqələndirmə platformasıdır

Avropa Siyasi Birliyi qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə toplantıları Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, sammitlər çərçivəsində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini, aktual qlobal çağırışları müzakirə edirlər:

“Avropa Siyasi Birliyi”nin ilk Zirvə görüşü 2022-ci ilin oktyabrında 44 ölkənin dövlət və hökumət başçısının iştirakı ilə Çexiyanın paytaxtı Praqada keçirilib. Zirvə görüşlərinin gündəliyi çox vacib, qlobal əhəmiyyət daşıyan məsələləri əhatə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşlərində fəal iştirak etdiyini deyən millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının üzvü olmayan Azərbaycanın dövlət başçısının “Avropa Siyasi Birliyi”nin sammitlərinə dəvət alması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. “Nəzərə alaq ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu beynəlxalq miqyasda yüksək qiymətləndirlir. Birmənalı şəkildə deyə bilərik ki, burada Prezident İlham Əliyevin fəaliyyəti və liderlik keyfiyyətləri həlledici rol oynayır. Azərbaycanın dövlət başçısının fəaliyyətində qlobal əməkdaşlığın və həmrəyliyi gücləndirilməsi xətti xüsusi yer tutur ki, bu da beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Azərbaycan Prezidenti “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərinə qatıılmaqla ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır”.

S.Vəliyev qeyd edib ki, “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən 8-ci Zirvə görüşündə videoformatda çıxış edən Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə sadiq qaldığını vurğularaq deyib:

“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm”. Dövlətimizin başçısı çıxışında, həmçinin bəzi Avropa təsisatlarının, o cümlədən də Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin postmüharibə dönəmində qərəzli qətnamələr qəbul etdiklərinə diqqət çəkib.

Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyan da çıxışında deyib ki, indi iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq məqsədilə tərəflər sıx şəkildə çalışırlar. “Ermənistanın baş naziri ilk dəfədir ki, Azərbaycan Prezidentinin onlayn formatda olsa da belə Ermənistanda keçirilən tədbirdə iştirak etdiyini xüsusi vurğuladı və ümidvar olduğunu bildirdi ki, 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin 10-cu toplantısında iştirak etmək üçün Azərbaycana səfər imkanı olacaq. Nikol Paşinyan Ermənistanın və Azərbaycanın “Avropa Siyasi Birliyi”nin toplantısını qəbul etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiklərini də vurğuladı. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və digər liderlər də çıxışlarında Cənubi Qafqazda dayanıqlı sülh üçün Azərbaycan və Ermənistanın səylərini yüksək dəyərləndiriblər. Bütövlükdə, İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci samitində Cənubi Qafqazda sülh və sabitliyin diqqət mərkəzində olması Azərbaycanın müəyyənləşdirdiyi reallıqlar fonunda çox əhəmiyyətlidir”.

Tarix
2026.05.05 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - Video

Kremldə Putinin “faktiki həbsi”nə qərar verildi

Hörmüz blokadası Azərbaycanı qalib etdi - Almaniya KİV

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla