Yuxarı

WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?

WUF13 zamanı nəqliyyatın təşkili baxımından “yaşıl dəhliz” prinsipi tətbiq olunacaq.

Axar.az xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.

O bildirib ki, xüsusi ayrılmış marşrutlar üzrə fasiləsiz hərəkət təmin ediləcək, zəruri hallarda yol kəsişmələrində prioritet keçid veriləcək, iştirakçıların vaxtında və təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması təmin olunacaq:

“Bu məqsədlə müvafiq tədbirlər görüləcək, həm yol hərəkətinin təşkili, həm də təhlükəsizlik tədbirləri paralel şəkildə həyata keçiriləcək. Eyni zamanda, tədbirin açılış günü, 18 may tarixində hərəkətin intensivliyi nəzərə alınaraq bəzi istiqamətlərdə müvəqqəti dəyişikliklər edilə bilər. Bu dəyişikliklər əsasən yüksək səviyyəli qonaqların və rəsmi nümayəndə heyətlərinin hərəkətini təmin etmək məqsədi daşıyır. Lakin ümumilikdə yolların tam bağlanması nəzərdə tutulmur, yalnız zəruri hallarda qismən istiqamət dəyişiklikləri tətbiq oluna bilər”.

Tarix
2026.05.05 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla