Yuxarı

Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Prospektdə hərəkətdə olan BMV markalı minik avtomobili idarəetmədən çıxıb. Maşın ilk olaraq yol kənarında dayanan "Şevrolet" markalı avtomobilə, daha sonra ağaca və köşkə çırpılıb.

Qəza zamanı ərazidə təmizlik işləri aparan 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq qalıb. Qadın aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tarix
2026.05.05 / 09:56
Müəllif
Axar.az
Digər xəbərlər

WUF13 dünya mediasının diqqət mərkəzində - Foto

WUF13-ün ikinci günü: bu məsələlər müzakirə ediləcək

İqor Sergeyenko da Bakıya gəldi

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla