Yuxarı

Ordumuz döyüşə hazırolma vəziyyətinə gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz döyüşə hazırolma vəziyyətinə gətirildi

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, plana uyğun olaraq təlimə cəlb olunan bölmələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.

Təlimdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun olaraq qəbul edilmiş qərarlara dair məruzələr dinlənilib.

Bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətinin və çevik qərar qəbuletmə bacarıqlarının artırılması, eləcə də, qərargahların fəaliyyətinin və bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Tarix
2024.03.29 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla