Yuxarı

Nişanlısının ölümünə dözməyən qız intihar etdi - Bu gün toyları olacaqdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nişanlısının ölümünə dözməyən qız intihar etdi -

Qəbələdə 20 yaşlı qız özünü asıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Qəbələ rayonu, Bum qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq, intihar edib.

Məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir.

Daha bir məqam isə özünü asaraq intihar edən qızın qardaşı - Bəhruz Quliyevin 1992-ci il şəhidi olmasıdır. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.

Onun nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2024.04.23 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazirdən bu rayonlarla bağlı qərar

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Bakıda QH-nin qərargahı yaradılacaq

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Qərar

Bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə!

Ceyhun Bayramov rumıniyalı nazirlə danışdı

Bayramov Pier-İv Fuksu qəbul etdi

Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla