Yuxarı

İş adamının oğlu ilə qəzaya uğrayan digər gənc də öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İş adamının oğlu ilə qəzaya uğrayan digər gənc də öldü

Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda baş verən qəzada yaralanan 1993-cü il təvəllüdlü Emin Oqtay oğlu Məmmədli də dünyasını dəyişib. Bu barədə gənclərin dostları sosial şəbəkələrdə yazıblar.

Qeyd edək ki, Qusar şəhəri ərazisində avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Hadisə yerində dünyasını dəyişən Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşovdur. O, iş adamı Nazim Dadaşovun oğludur. Fəridin atasının böyük tikinti şirkətlərindən birinin sahibi olduğu bildirilir.

Maşındakı digər gənc - 21 yaşlı Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. O, ağır vəziyyətdə yerləşdirildiyi xəstəxanada bir qədər əvvəl vəfat edib.

Gənclərin dostları sosial şəbəkələrdə onların "Şahdağ" İstirahət Mərkəzinə dincəlməyə getdiklərini, geri qayıdarkən qəzaya uğradıqlarını yazıblar.(Musavat.com)

Tarix
2014.02.09 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıcdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla