Yuxarı

“Azərişıq” bu rayonların elektrik təsərrüfatını yeniləyir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərişıq ASC bütün rayon və kəndlərdə elektrik təsərrüfatını yeniləyir.

Qurumdan Axar.az-a verilən məlumata görə, əsaslı təmir və yenidənqurma işləri çərçivəsində Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan rayonlarda da elektrik şəbəkəsi yenidən qurulur.

Hazırda yenidənqurma işləri Cəlilabadda Günəşli və Axtaxana kəndlərində davam etdirilir. Zərbiəli kəndində isə işlər tamamlanmaq üzrədir. Həmin kəndlərdə 0,4 və 10 kV-luq yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, köhnə güc mərkəzləri yeni KTM-lərlə əvəz edilir. Həmçinin, Biləsuvar rayonunun şəhər mərkəzi, Əsgərabad və Aşağı Cürəli kəndlərində, Masallı rayonunun 4 kəndində – Şərəfə, Ağakişibəyli, Babaser, Köhnə Alvadı kəndlərində elektrik şəbəkəsi yenidən qurulur. Rayonunun ən böyük kəndlərindən biri olan Ərkivan kəndində də yenidənqurma işlərinə start verilib.

1 200 abonentin yaşadığı Astaranın Şiyəkəran kəndində 0,4 və 10 kV-luq elektrik xətləri və dayaqlar tamamilə yenilənir. Həmçinin, Astaranın Çayoba, Lerikin Zövnə və Züvüc kəndlərinin elektrik təsərrüfatları yenidən qurulur. Yardımlının Perimbel kəndinin elektrik şəbəkəsi artıq tam yenidən qurularaq sakinlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub.

Azərişıq ASC ölkənin bütün regionlarında, bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsini yeniləyir. Yenidənqurma işləri abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Tarix
2024.05.29 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla