Yuxarı

Alim qadınların sayı artır: kişilər elmdən niyə qaçır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim qadınların sayı artır: kişilər elmdən niyə qaçır?

Azərbaycanda həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə dissertasiya işi götürənlər içərisində qadınlar üstünlük təşkil edir. 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə 262 dissertant təhkim olunub ki, onların da 73,7 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş 185 dissertantın 100-ü qadın olub.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov qeyd edib.

O, qadınların elmi fəaliyyətdə aktiv iştirakını müsbət qiymətləndirərək, kişilərin bu sahəyə marağının azalması səbəblərinin araşdırılmasına ehtiyac duyulduğunu bildirib:

“Təhlillər göstərir ki, kişilərin elmi fəaliyyətə marağının azalmasının iqtisadi səbəbləri də az deyil. Belə ki, elm və təhsil qurumlarında əmək haqqının yüksək olmaması kişilərin bu sahəyə marağına təsir göstərir. Ötən ilin yekunlarına əsasən, Azərbaycanda təhsil sektorunda orta aylıq əmək haqqı 700 manatdan bir az çox olub. Bu, ölkə üzrə 934 manatlıq orta aylıq əmək haqqından azdır. Göründüyü kimi, təhsil sferasında maaşların yüksək olmaması kişilərin elmi marağına təsirsiz ötüşmür.

Gender bölgüsü dissertasiya tematik mövzularında da özünü göstərir. Ötən il dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub. Ölkədə bütövlükdə 116 ali təhsil müəssisəsi və elmi təşkilatda 3170 doktorant fəaliyyət göstərir ki, onların da 52,1 faizi qadındır”.

Tarix
2024.06.11 / 13:45
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ceyhun Bayramov İtaliya səfərinin əhəmiyyətindən yazdı

Xəzər dənizinin geri çəkilməsi 250 il davam edir

Hikmət Hacıyev Türkiyə nümayəndələri ilə görüşdü

Gürcüstan sözünü tutdu: TIR-larımızla bağlı yeni xəbər

Azərbaycan sərhədində yanğın: 1 xilasedici öldü, 4-ü yaralandı

Ceyhun Bayramov italiyalı spikerlə görüşdü

Ceyhun Bayramov Roma Papası ilə görüşdü

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə görüşdü

Ən aktiv ikinci ordu: Azərbaycanda da hərbçiləri var..

ABŞ bu qurumu ləğv edir - Türkiyə üçün təhlükə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla