Yuxarı

Bu müəssisədə saxta alkoqollu içkilər istehsal olunurmuş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu müəssisədə saxta alkoqollu içkilər istehsal olunurmuş

Qida Təhlükəsizliyi Agentliyi daxil olan məlumat əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları ilə birgə Gəncə şəhərinin Ə.Nəcib küçəsində gizli fəaliyyət göstərən Vəlixan Azər oğlu Zeynalova məxsus sexdə reyd keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, yoxlama zamanı sexdə normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Müxtəlif əmtəə nişanlı şüşə butulkalar yuyulub təmizlənərək saxta üsullarla (“Banketnaya Yubiley” nişanlı 36 ədəd 0.7 litrlik, “Medalyon M” nişanlı 12 ədəd 0.250 litrlik, “Arxangels” nişanlı 1 ədəd 1 litrlik və 1 ədəd 0.5 litrlik, “Formula” nişanlı 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik, “Banketnaya Yaşıl” nişanlı 1 ədəd 0.7 litrlik, “Miraj” nişanlı 5 ədəd 0.7 litrlik) qablaşdırılmış içkilər, həmçinin etiketləri müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, 2 nerj materialdan olan çəlləkdə saxta alkoqollu içkilərin hazırlanmasında istifadə edilən 67 litr su-spirt qarışığı aşkarlanıb. Müayinələrin aparılması üçün hazır məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Eyni zamanda, qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2024.06.24 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla