Yuxarı

DGK açıqladı: Bu maşın ölkəyə zədəli şəkildə daxil olub!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bəzi media orqanlarında “Union Logistics” MMC-yə məxsus yük nəqliyyat vasitələrinin Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda xeyli müddət saxlanılması ilə bağlı məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a bildirilib ki, "Union Logistics" MMC tərəfindən Çin Xalq Respublikasından Qırğız Respublikasına məxsus 4 nəqliyyat vasitəsilə Çin mənşəli müxtəlif təyinatlı qarışıq yüklər iyun ayının sonundan etibarən ölkə ərazinə daxil olub.

Qeyd edilir ki, "İpək yolu" gömrük postuna daxil olan nəqliyyat vasitələrində olan yüklərin gömrük rəsmiləşdirilməsinin aparılması üçün 2-9 gün aralığında bəzi sahibkarlar tərəfindən gömrük bəyannamələri təqdim edilib.

Eyni zamanda, bu günə qədər həmin nəqliyyat vasitələrində gömrük bəyannaməsi təqdim edilməmiş yüklər də mövcuddur.

Bildirilir ki, malların eyniləşdirilməsi üçün gömrük baxışı gömrük bəyannaməsi əsasında həyata keçirilir. Rəsmiləşdirilməsi sona çatdırılmış gömrük bəyannamələri üzrə gömrük nəzarətinin təyin olunduğu barədə elektron bildirişlərin sahibkarlara göndərilməsinə baxmayaraq, sahibkarlar tərəfindən malların təhvil alınmasına dair elektron növbə üçün müraciət olunmayıb. Əlavə olaraq 2024-cü il 12 iyul tarixdə həmin sahibkarlara gömrük orqanları tərəfindən malların təhvil alınması üçün yazılı formada məktub ünvanlanıb.

Ünvanlanmış məktublardan irəli gələn görüşlər zamanı məlum olub ki, “Union Logistics” MMC tərəfindən sahibkarlara malların təhvil alınması üçün yaxınlaşmamaları, 15 iyul 2024-cü il tarixdə kütləvi şəkildə Bakı Baş Gömrük İdarəsinin qarşısında toplanmaları tövsiyə olunub.

Bildirilir ki, yük nəqliyyat vasitəsinə “İpək Yolu” gömrük postunda fəaliyyət göstərən gömrük əməkdaşları tərəfindən zərər vurulması ilə bağlı Qırğız Respublikasının gömrük xidməti tərəfindən şəkil və videogörüntülər göndərilib. Aparılan araşdırma nəticəsində həmin nəqliyyat vasitəsinin ölkə ərazisinə zədəli şəkildə daxil olduğu müəyyən edilib.

Qeyd olunan zədə ilə bağlı Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin şifahi müraciəti əsasında aidiyyəti üzrə məlumat verilib. Həmçinin bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsi tərəfindən “Union Locistics” şirkətinə bəyannamələrin gömrük orqanlarına təqdim edilməsinin sürətləndirilməsi barədə məlumat verilib. Məsələnin tam şəkildə araşdırıldıqdan sonra bu halı yaradan səbəblər haqqında əlavə məlumat veriləcək.

Tarix
2024.07.16 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla