Xəzərdə zəlzələ oldu
10:31
| Ana səhifə Toplum |
|
Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası 1 sentyabrda keçiriləcək parlament seçkilərinə namizədlərinin tam siyahısını açıqlayıb.
Axar.az xəbər verir ki, 70 saylı Neftçala seçki dairəsindən YAP-ın namizədi Fərhad Baxışovdur.
F.Baxışov Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatında çalışır.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı 70 saylı (əvvəl 61 saylı idi) Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb. Bu dairədən ötən seçkilərdə T.Rüstəmxanlının həyat yoldaşı Sabir Rüstəmxanlı deputat seçilmişdi.
|
Tarix
2024.07.17 / 15:12
|
Müəllif
Axar.az
|