Yuxarı

AzTV sədri jurnalistdən 100 min istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV sədri jurnalistdən 100 min istəyir

Arif Alışanov rəhbərlik etdiyi telekanalı tənqid etdiyinə görə professor Qulu Məhərrəmliyə qarşı cinayət işi tələbi ilə bərabər, maddi təzminat davası da açıb.

Axar.az xəbər verir ki, Arif Alışanov Qulu Məhərrəmlidən 100 min manatlıq mənəvi təzminat tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Tanınmış jurnalist, professor Qulu Məhərrəmli isə Ölkə.az-a açıqlamasında Arif Alışanovun maddi təzminat tələbini əsassız adlandırıb:

"Mən Alışanovun peşəkarlıqla bağlı müəyyən problemləri olduğunu bilirdim. Amma görünür, həm də maddi problemləri var imiş. Alışanov mənim hesabıma xeyriyyəçi olmaq istəyir, pulu da uşaq evinə verəcəkmiş. Mən bu adama xatırladıram ki, əvvəla, artıq 7-8 ildir heç bir uşaq müəssisəsi, o cümlədən ölkədəki iki körpələr evi kənardan yardım qəbul etmir, yəni xərcləri dövlət özü ödəyir. İkincisi, xeyriyyəçilik həvəsinə düşən adam zəhmət çəkib öz kisəsinin ağzını açmalıdır. Üçüncüsü isə AzTV sədri üçün indi ən böyük xeyriyyəçilik işçilərə normal maaş vermək, dövlətin büdcədən ayırdığı qonorar və quruluş haqqını kəsməmək olardı".

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində mülki iddia ilə bağlı hakim Etibar Hümbətovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

Tarix
2016.03.30 / 14:26
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla