Yuxarı

Qulu Məhərrəmli iki jurnalisti məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulu Məhərrəmli iki jurnalisti məhkəməyə verdi

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, Əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılacaq məhkəmənin vaxtı açıqlanıb.

Q.Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlovun Report-a verdiyi məlumata görə, işə aprelin 1-də Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Hüquqşünas bildirib ki, A.Alışanovun Q.Məhərrəmliyə qarşı ikinci iddiasına Nəsimi Rayon Məhkəməsində, hakim Etibar Hümbətovun sədrliyi ilə baxılır. Məhkəmənin növbəti iclası aprelin 7-də keçirləcək: "Arif Alışanov iddia edir ki, Qulu Məhərrəmli onun şərəf və ləyaqətini alçaldıb. O, jurnalistdən 100 min manat tələb edir".

Onun sözlərinə görə, Q.Məhərrəmli də növbəsində iki jurnalisti - İlhamə Novruzova və Rauf Rəcəbovu məhkəməyə verib: "Həmin jurnalistlər mətbuatda Qulu Məhərrəmli haqqında yazılar yazıb. Qulu Məhərrəmli də hesab edir ki, həmin şəxslərin yazıları onun nüfuzuna ziyan vurur. İlhamə Novruzova ilə bağlı işə Nəsimi Rayon Məhkəməsində, Rauf Rəcəbovla bağlı işə isə Səbail Rayon Məhkəməsində baxılacaq".

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.

Tarix
2016.03.31 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla