Yuxarı

Nəsimidə bu obyektin fəaliyyəti məhdudlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsimidə bu obyektin fəaliyyəti məhdudlaşdırıldı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 27A, mənzil 77 ünvanında Fəttahov Elçin Rişad oğluna məxsus “Elçinin basdırması” adlı iaşə obyektində monitorinq aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

Qida obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, müəssisədə çiy toyuq dönərinin emalı prosesi zamanı çarpaz çirklənmənin baş verdiyi, emal sahəsinin divarının asan yuyulub-təmizlənə bilən materialla üzlənmədiyi, qida məhsullarının, alət və ləvazimatların yuyulması prosesinin eyni yuma çanağında həyata keçirildiyi, havalandırma sisteminin quraşdırılmadığı və işçilərin sağlamlıq arayışlarının olmadığı müəyyən edilib.

Aşkar olunan nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Tarix
2024.08.06 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla