Yuxarı

Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

Bu gün Yasamal rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə AzTV-nin rəhbəri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayətə baxılıb.

Axar.az xəbər verir ki, bu haqda Modern.az-a jurnalistin nümayəndəsi Nicat Gözəlov məlumat verib.

Onun sözlərinə görə, prosesdə Qulu Məhərrəmli və vəkili Cavid Rzazadə iştirak edib:

"Xüsusi ittiham qaydasında şikayət verən şəxsin özünün iştirakı olmadan məhkəmə baxışı keçilməməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs həqiqətən də onun barəsində böhtan və təhqirin olmasını məhkəmədə sübut etməlidir. İndiki mərhələdə onun xüsusi ittihamçı kimi statusu müəyyən olunmadığına görə vəsatət verildi. Məhkəmə vəsatəti təmin etdi. Qərar verildi ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs Arif Alışanovun iştirakı məhkəmədə təmin edilsin. Məhkəmə 1 həftə sonraya təyin edildi".

Qeyd edək ki, Q.Məhərrəmli bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib.

A.Alışanov isə Q.Məhərrəmliyə qarşı həm xüsusi ittiham qaydasında, həm də mənəvi təzminat olaraq iki məhkəmə davası açıb.

Tarix
2016.04.01 / 13:36
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla