Yuxarı

Şuradan cəbhədəki vəziyyətlə bağlı - Bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuradan cəbhədəki vəziyyətlə bağlı - Bəyanat

Azərbaycan Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı ölkə mediasını peşəkar davranmağa çağırıb.

Mətbuat Şurasından Axar.az-a daxil olan bəyanatda bildirilir:

"Müxtəlif kütləvi informasiya vasitələri, sosial şəbəkə profilləri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində qızğın döyüşlərin getdiyinə dair məlumatlar yayımlamaqdadır. Azərbaycan Mətbuat Şurasının təhlilləri göstərir ki, bu məlumatların müəyyən qismi ayrı-ayrı şəxslərin cəbhəyanı bölgələrdə yaşayan yaxınlarından əldə etdikləri bilgilərdən, müəyyən qismi isə xarici media orqanlarında yer almış xəbərlərdən ibarətdir. Məlumatların çox azında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mövqeyinə istinad edilib.

Mətbuat Şurası cəbhə xəttində ötən illərdə baş vermiş analoji hadisələrin, xüsusən də atəşkəs rejiminin kütləvi pozulması hallarının mediada doğurduğu effekti, bu sahədəki mənfi təmayüllərin qeydə alınması reallığını nəzərə alaraq Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçilərini diqqətli olmağa çağırır. Şura hesab edir ki, bu sayaq vəziyyətlərdə medianın vətəndaş mövqeyinə söykənən həssaslığı onun ən böyük peşəkarlıq göstəricisidir. Bu peşəkarlığın nümayişi isə ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər rəsmi mənbələrin məlumatlarına istinaddan, eyni zamanda əldə edilmiş məlumatların mütləq rəsmi təsdiqlənməsindən keçir. O da nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr ümumən Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri də dövriyyəyə buraxırlar.

Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası bir daha ölkəmizin bütün kütləvi informasiya vasitələrini, ayrı-ayrı jurnalistləri cəbhə xəttində baş verənlərlə bağlı məlumatların təqdimatına həssas yanaşmağa, ciddi şəkildə dəqiqləşdirmələr aparmağa çağırır. Qurum eyni zamanda əlaqədar dövlət qurumlarına hazırkı vəziyyətlə bağlı daha çevik fəaliyyət göstərməyi, cəmiyyətin informasiya tələbatını vaxtında ödəmək üçün bütün mümkün vasitələri dəyərləndirməyi tövsiyə edir".

Tarix
2016.04.02 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla