Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) 11-ci siniflərdə təhsil alan şagirdlər üçün
regionlarda monitorinq imtahanı keçirir.
Axar.az xəbər verir ki, TQDK respublikanın 19 şəhər və rayonunda
(Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Mingəçevir, Şəki, Qəbələ, Qax,
Bərdə, Ağcabədi, Göyçay, Biləsuvar, Salyan, Lənkəran, Quba, Qusar,
Xaçmaz, Babək, Culfa) ümumtəhsil müəssisələrinin 11-ci sinfində
təhsil alanlar üçün aprelin 18-də Ana dili və 19-da isə riyaziyyat
fənnindən monitorinq imtahanı keçirir.
Monitorinq imtahanların keçirilməsi üçün regionlarda 72 məktəb
üzrə 3528 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Hər iki fənn
üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan
dilindən 45 dəqiqə, riyaziyyat fənnindən isə 1 saatdır.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin
yaradılması haqqında fərman imzalayıb. M.Abbaszadə son
dəyişikliklərin qəbul prosesinə təsir göstərməyəcəyini, yeni
struktur dövlət qeydiyyatına alınana qədər TQDK-nın öz fəaliyyətini
davam etdirəcəyini bildirib.